Xəzər Universiteti


Xəzər Universiteti Azərbaycanda fəaliyyətə başlayan ilk ingilisdilli ali məktəbdir. 

Xəzər Universiteti Azərbaycanın təhsil siyasətində qabaqcıl rol oynayan ilk tədqiqat yönümlü özəl ali məktəbdir. 

Xəzər Universiteti Azərbaycanda sənaye və iş dünyası ilə, aparıcı yerli və beynəlxalq şirkətlərlə geniş əlaqəsi olan ali məktəblərdən biridir. 

Xəzər Universiteti Azərbaycanda yeganə Universitetdir ki, onun tədris siyasəti və diplomları Avropa və Amerikanın aparıcı Universitetləri tərəfindən tanınır. 

Xəzər Universiteti Azərbaycanda kredit sistemini tətbiq edən ilk ali məktəbdir. 

Xəzər Universitetində əsas təhsil dili ingilis dilidir. Bu, tələbələrin müasir dərsliklərdən istifadə etməsi, təhsillərini xaricdə davam etdirməsi, xaricdən gələn müəllimlərin effektli dərs deməsi və s. kimi işlərə geniş imkan verir. 

Xəzər Universitetində keyfiyyət həmişə əsas meyar olmuşdur. Universitetdə yaradılmış «Ali təhsildə keyfiyyətin təminatı mərkəzi» ölkəmizdə bu sahədə fəaliyyətə başlayan ilk qurumdur. 

Təhsildə keyfiyyəti və beynəlxalq standartları təmin etmək üçün Xəzər Universiteti beynəlxalq əlaqələrini daimi inkişaf etdirir, eləcə də  ölkəmizdə fəaliyyət göstərən tanınmış yerli və xarici şirkətlərlə yaxından əməkdaşlıq edir. 

Xəzər Universitetində Mühəndislik, tətbiqi elmlər, iqtisadiyyat, biznes idarəçiliyi, humanitar və sosial elmlər, beynəlxalq münasibətlər, təhsil və s. sahələr üzrə kadr hazırlığı aparılır. 

Müxtəlif ixtisaslar üzrə magistr proqramları, Fəlsəfə doktoru (Ph.D.) proqramları və Azərbaycanda ən nüfuzlu proqramlardan olan MBA proqramı universitetin təhsil sistemində mühüm yer tutur. 

Fəaliyyətdə olduğu müddətdə Хəzər Universiteti öz orijinal təhsil modeli ilə, tətbiq etdiyi tədris proqramlarının müasirliyi, verdiyi təhsilin keyfiyyəti və ciddiliyi ilə həm Azərbaycanda, həm də Azərbaycandan kənarda hörmət və nüfuz qazanmışdır. 

Uni­versitetdə 2000-ə yaxın yerli və xarici tələbə təhsil alır. 

 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?