TayqaTech LLC


TayqaTech – dünyanın qabaqcıl universitetlərində təhsil almış mütəxəssislərdən ibarət komanda ilə İnformasiya və Kommunikasiya texnologiyaları sferasında yüksək peşəkarlıqla professional fəaliyyət göstərən beynəlxalq şirkətdir. Bir sıra beynəlxalq şirkətlərlə əməkdaşlıq edən TayqaTech biznes mühitinin idarə olunması, nəzarət altına alınması və optimallaşdırılması üçün bir sıra peşəkar həllərin tətbiqi və xidmətlərin göstərilməsini həyata keçirir.

Heyətimiz müvafiq biznes sahələri və İT sferasında dərin biliklərə sahib yüksək səviyyəli mütəxəssislərdən ibarətdir. Komandamız daim yüksək həvəslə və peşakarlıqla müştəri istəklərini texnoloji həllərə çevirir, müştərinin müvafiq texniki və biznes idarəetmə ehtiyaclarının təminatı üçün lazım olan dəstəyi göstərir.

Missiyamız, müştərilərimiz üçün proqram təminatının innovasiyasını təmin edən, biznes mühitini innovativ texnologiyaların tətbiqi ilə beynəlxalq standarlara uyğunlaşdıran və maksimal səviyyəyə çatdıran beynəlxalq əməkdaş olmaqdır.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?