TAC MMС


Əsası 1997-ci ildə qoyulmuş “TAC” MMC qısa bir zamanda daxili bazarda içməli su istehsalçıları arasında liderlik mövqelərindən birinə sahib olan şirkətlərdəndir. Bizim şirkət əsasən iki əsas brend ilə tanınır: qablaşdırılmış bulaq suyu “Aquavita” və spirtsiz içkilər olan “Gülüstan”.

Təbii su “Aquavita” faydalı keyfiyyətlərini Qafqaz dağlarının qəlbindən götürür. Onun vətəni – Qafqaz, evi – dağların ətəyidir. Məhz burada, o, mineral duzlarla zənginləşir.

Nadir tərkibə malik olan “Aquavita” ideal balansa malik mineral duzlar və mikroelementlərlə zənqin olmaqla bizim orqanizm üçün zəruri olan maddələrin qəbulunu təmin edir və hər zaman onu tonusda saxlayır. Qüsursuz təmizliyə, mineral maddələr nisbətinin xüsusi balansına və yumşaq dada malik “Aquavita”nın, istehlakçının əlinə düşən zaman təbiiliyini qoruyub saxlaması, onu nəyinki yerli, hətta dünya bazarında başqa brendlərdən fərqləndirir.

Harada olmağımızdan asılı olmayaraq, “Aquavita” suyunun hər damlasını daddıqca, biz Qafqaz dağlarının zirvələrinə səyahət etmiş oluruq. Suyun dadı, o, füsünkar təbiəti görmüş insanları xatirələrlə yaşadır. O yerlərdə olmayanlar üçün isə, bu damla - bir dəvətnamədir.

“Aquavita” iş, istirahət və idman vaxtı əvəzsizdir. “Aquavita”nın təkrarsız təmi istənilən nahar və şam süfrəsini tamamlamaqla ona mükəmməllik gətirir.

Bizim şirkətin növbəti, heç də az tanınmayan brendi “Gülüstan”dır. Spirtsiz içki “Gülüstan” – bizim uşaqlıgımızın dadıdır. Bu sərinləşdirici şirin içki hamıya sevimli ləzzəti bəxş etməklə susuzluq yanğımızı da çox gözəl yatırır.

“Gülüstan” Azərbaycanda kifayət qədər tanınmış içkilərdən olmaqla istənilən yaş qrupu üçün məsləhətlidir. “Gülüstan”nın istehsal olunan “Duşes”, “Tərxun”, “Feyxoa”, “Şəftalı”, “Albalı”, “Portağal”, “limon”, “Alma” və “Kola” çeşidli içkiləri olduqca məşhurdur.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?