Samsung Electronics


“Samsung” 1991-1992-ci illərdə mobil qurğuların və mobil telefoniyanın ilk istehsalını yekunlaşdırdı.

Şirkət məhsulları inkişaf etdirməklə yanaşı marketinq dəyişiklikləri etməyə, şirkətin missiyası və onun simvolunu dəyişikdirmək qərarına gəlir. Şirkətin loqotipində üç qırmızı ulduz əks olunmuşdu. Amma Samsung rəhbərliyi, əvvəlki loqotipi beynəlxalq korporasiyanın imicinə uyğun gəlmədiyini əsas götürərək onu dəyişdirdi. Məhz onda müasir emblem işıq üzü gördü - içərisində firmanın adı yazılmaqla dinamik əyilmiş göy ellips. Əla dizayn və genişmiqyaslı reklam kampaniyası öz işini gördü: loqotip dünyada ən tanınanlardan biri oldu. Aparıcı ali məktəblərin tələbə-reklamçıları bu gün xüsusi uğurlu rebrendinq nümunəsi kimi Samsung loqotipinin dəyişməsini öyrənirlər. Şirkət nümayəndələrinin versiyasına görə, loqotipin ellips forması yenilənmə və təkmilləşdirmə ideyasını dəstəkləyərək dünya sahəsində hərəkəti simvollaşdırır.

1999-cu ildə Samsung Electronics məişət elektronikasının istehsalı sahəsində Forbes Global jurnalı mükafatı ilə təltif edildi.

Hazırda “Samsung Electronics” elektronika, yarımkeçirici, telekommunikasiya avadanlığı, yaddaş çipi, maye-kristal displey, mobil telefon və monitor istehsalçısıdır. Mənzil-qərargahı Seulda yerləşən şirkətdə dünyanın 80 ölkəsində 286 min nəfər işçi çalışır.

Şirkətin 2014-cü ilin birinci rübündə xalis gəliri 2013-cü ilin analoji dövrü ilə müqayisədə 6 faiz artaraq 7,57 trilyon von (7 milyard dollardan çox) təşkil edib. Hesabat dövründə istehsalçının mədaxili 1,5 faiz artaraq 53,68 trilyon von (52 milyard dollar) olub.

Eyni zamanda dünyanın ən iri yaddaş çipləri istehsalçısıdır.

İşəgötürənin reytinqi

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?