Rahat Telecom


Azərbaycanın inkişaf edən informasiya və kommunikasiya texnologiyaları sektorunda fəaliyyət göstərən “RahatTelecom” MMC abunəçilərə müxtəlif kommunikasiya xidmətləri təklif edən qabaqcıl şirkətdir. “RahatTelecom” MMC 2018-ci ildən etibarən,  ən son innovasiyalardan istifadə edərək öz abunəçilərini  fiber optik internet, SİP telefoniya və rəqəmsal televiziya xidmətləri ilə təmin edir. Rəqəmsal televiziya və sürətli internet xidmətinə qoşulma imkanı həm partnyor şirkətlərə, həm də  fərdi abunəçilərə geniş üstünlüklər qazandırır.

Davamlı inkişaf edən texnologiyanın şirkətin fəaliyyətində tətbiqi abunəçilərə keyfiyyətli yayımdan və yüksək sürətli fiber optik internetdən zövq almağa imkan verir. Şirkət fəaliyyətində müştəri məmnuniyyəti, yenilikçilik, peşəkarlıq və komanda ruhu kimi prisipləri rəhbər tutulur. Müştərilərimizin məmnuniyyəti  üçün abunəçilərin rəy və təkliflərinin diqqətlə dinlənilməsi, fəaliyyətdə yüksək texniki və etik standartların gözlənilməsi, eləcə də, insanların həyatını asanlaşdırmaq üçün ən müasir texnoloji sistemlərin tətbiqi əsas hədəfimizdir.

Yenilikçiliyi və inkişaf dinamikası  ilə seçilən RAHAT TELECOM şirkətinin əsas fəaliyyətinə daxildir:
- İT outsourcing

- Mini ATS-lərin və İP telefonların quraşdırılması

- Fiber optik internet şəbəkələrinin quraşdırılması

- Daxili və əsas internet şəbəkələrinin quraşdırılması (İnternet və İntranet)

- İstirahət və əyləncə məkanlarında Wİ-Fİ zonanın yaradılması

- İT məhsullarının satışı və təmiri (və s. daxildir.)


Şirkət yüksək sürətli internet və müxtəlif dillərdə geniş kanal siyahısına malik televiziya xidmətlərini optimal tariflərlə təklif edir. ”RahatTelecom” abunəçilərini İP protokolu üzərindən televiziya kanallarının yüksək keyfiyyətli (HD) yayımı, eləcə də əlavə avadanlıq quraşdırmadan Smart TV izləmək imkanı ilə təmin edir.

Şirkətimiz abunəçilərə keyfiyyətli xidmət göstərən proqressiv düşüncəli peşəkar bir texniki komandaya sahibdir. “RahatTelecom” MMC hər zaman müştəri məmnuniyyətini prioritet tutduğu üçün həm texniki komandamız, həm də daxili əməkdaşlarımız yüksək həssaslıqla seçilməklə yanaşı , 24/7 abunəçilərimizə keyfiyyətli xidmət göstərmək üçün çalışırlar.

Şirkət Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının verdiyi müvafiq lisenziya əsasında internet və televiziya yayımını həyata keçirir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?