Qaymaq MMC


“QayMaq” Azərbaycan bazarında yalnız keyfiyyətli və 100% təbii, yerli məhsulları təqdim edən yeni eko-brenddir.

Buna görə də “QayMaq” məhsulları, təbii xammaldan, Süd Emalı Zavodunun xüsusi istehsal sahəsində (XİS), klassik üsulla gündəlik olaraq istehsal olunur və gündəlik olaraq Bakıda yerləşən firma dükanlarına çatdırılır.

İstehsal zamanı konservantlardan, əvəzləyicilərdən və süni əlavələrdən istifadə etmirik. Məhz buna görə də “QayMaq” məhsullarının saxlama müddəti digərlərinə nisbətən daha qısadır.

Hal-hazırda bizim məhsullarımızın çeşidlərinə: süd məhsulları, insan orqanizminə xeyirli toxuma yarmaları, fərqli un və bir neçə çörək növləri aiddir. Bütün bunlara baxmayaraq məhsullarımızın çeşidlərini artıracağıq.

Bizim missiyamız – tamamilə mükəmməl məhsul istehsal edib, seçilən müştərilərimizi məmnun etməkdir.

«QayMaq» — Əsl saglam qida!

 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?