Papa John’s Azərbaycan


Conun atası, Robert Şnatter və onun babası “Papa” Askerson Cona zəhmətin önəmini izah etmişlər. 15 yaşında o,  şəhər ətrafında yerləşən yerli pizza restoranı “Rocky’s Sub Pub”-ında ilk işinə başlamış, qabyuyandan pizzaçı qədər yüksəlmişdir. Bu təcrübə onda öz pizza restoranını açmaq və yüksək keyfiyyətli pizza restoranları şəbəkəsini təsis etmək ideyasını yaratmışdır. 

Con Ball Dövlət Universitetində Biznes dərəcəsinə yiyələnmişdir. O, atasının “Mick`s Lounge” kafesində işləmiş və kafenin müflisləşmə astanasında olduğunu bildikdən sonra o, biznesi xilas etmək üçün hədiyyə edilmiş 1972-ci il Camaro Z28 markalı maşını 2,800 dollara satmışdır. 

O, “Mick`s Lounge” kafesinin anbarı sökmüş, istifadə edilmiş restoran avadanlığını almış, barın arxasından pizza satışına başlamışdır. 

30 ildən artıq müddətində İndiana ştatında tək restorandan başlamış, 48 ölkədə müştərilərə “Ən Yaxşı” pizza təklif edən 5000-dən çox “Papa John`s” restoranına qədər inkişaf etmişdir. 

Fəaliyyətimizi inkişaf etdirmək üçün hər zaman yeni ideyalar ifadə edərək irəliləməyə və inkişaf etməyə çalışırıq. 

İşəgötürənin reytinqi

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?