Mebelci.az -


    21-ci əsr dünyasında internet texnologiyaları çox sürətlə inkişaf etməkdədir. Təbii ki, bu inkişaf insanlara imkan verir ki, interneti komunikasiya aləti kimi daha çox istifadə etsin. Dünyada gedən inkişaf Azərbaycana də təsir göstərməktədir və internetə olan maraq gündən günə artmaqdadır. Beləki, 2009-cu ildə Azərbaycanda internet istifadəçi sayı 2.5 mln nəfər idisə, 2010-cu ildə bu sayı 3.7 mln nəfərə ( əhalinin 44 %) çıxmışdır, yəni 1.5 dəfə artmışdır. Ekspertlərin rəyinə görə 2015 –ci ildə Azərbaycanda internetdən istifadə edən insanların sayı ölkə əhalisinin 80 %-i əhatə edəcəkdir. Göründüyü kimi internet, komunikasiya vasitəsi olaraq insanlara informasiyanı dəqiq çatdırmaq üçün əsas vasitələrdən biridir. Bundan başqa artıq insanlar reklam kirliliyindən bezmiş, TV, radio, bilboard kimi reklam vasitələrinə artıq insanlar fikir vermək istəmir ya da onlardan qəbul etdiyi mesaj və informasiyaları tez unudur. Artıq insanlar, o məhsul və ya xidmət lazım olduğunda bu və ya digər reklam informasiyasını qəbul etməyə hazır olurlar. Nəticə olaraq , 21-ci əsrdə insanlara məsələn, yataq mebeli lazım olduğunda Google`da “yataq mebeli” yazmaları kifayət edir.

     

    Bütün bunları nəzərə alaraq biz Azərbaycan mebel bazarının iştirakçılarına (istehsalcı, idxaladçı, mağaza, mebel alıcısı) kömək və xidmət göstərmək üçün mebelci.az saytını ərsəyə gətirmişik. Bu saytda Sizin də reklam yerləşdirmənizin şirkətinizin inkişafında mühim rol oynayacağını düşünürük.

     

    Mebelci.az-da reklam yerləşdirmək nə kimi üstünlüklər verəcək:

    1. Mebelci.az saytının hədəf kütləsi mebel istehsalcı, idxaladçı, satıcı və alıcılarıdır. Bu o deməkdir ki, ənənəvi reklam vasitələrində (tv, radio və s.) mesajı qəbul edən insan sayı internetdəkindən çox olmasına baxmayaraq, bu saytda kampaniya mesajını qəbul edən hədəf müştəri sayı çox daha yüksəkdir.
    2. Mebelci.az saytının vahid hədəf müştəriyə ödənən reklam xərci çox aşağıdır.
    3. Mebel sahəsində ixtisaslaşmış, Azərbaycanın yeganə mebel saytında, alıcılara, istehsalcılara və satıcılara istiqamətlənmiş imic fəaliyyəti yaradıla bilər.
    4. Mebelci.az saytı xarici ölkələrdə də tanıdılacaqdır. Bu vasitə ilə şirkətiniz xarici ölkələrə ixracat səviyyəsini artıra bilər.
    5. Mebelci.az saytı sosyal mediyada və internetdə geniş şəkildə tanıdılacaqdır. Mebel axtaranlar mağazaya getmədən öncə mebelci.az –a girməyə üstünlük verəcəklər.

    "MEBEL SATAN" NİYƏ SAYTIMIZDA MEBEL ELANI VERSİN?

    - 3.7 milyondan artıq internet istifadəçisinə firmanı və məhsulları tanıdma və satma;
    - Dijital kataloqumuzda məhsullarınızı çeşitli parametrlər üzrə göstərmə;
    - Firmanızın məhsulları üzrə maraq, alma istəyi və faktiki alışlarla əlaqəli statistik məlumatları izləmə;
    - Endirimə salınan məhsulların elanlarını potensiyal mebel alıcısına çatdıra bilmə;
    - Müştərilərin problemlərini dinləmə və həll etmə imkanı
    - Firma elan ( vakansiya, alışlar və s. ) verə biləcək
    - Firmalar mebel sektoru ilə əlaqəli xəbərlərini yerləşdirə biləcək.

    "MEBEL ALICISI" NİYƏ SAYTIMIZDA MEBEL AXTARSIN?

    - Azərbaycan mebel bazarı və mebel haqqında dəqiq məlumat ala biləcək;
    - Bazarın bütün mebel növlərini və modellərini bir müstəvidə görəbiləcək;
    - Vaxta və pula qənaet edəcək;
    - Firmaların mallarını qiymət, dizayn, üslub, istehsalcı ölkə və digər parametrlərə görə axtarışa vermə, müqayisə etmə və şəkillərini görmə imkanı olacaq;
    - Saytın mebel mütəxəssislərindən suallara obyektiv cavab alma imkanı olacaq;
    - Mebelci.az istifadə edən mebel alıcıları hədiyyə çəkilişlərində iştirak edə biləcək
    - Dostlarına, tanışlarına bəyəndiyi məhsulları emaillə və ya sosyal şəbəkələrdə təklif edə biləcək
    - Mebel satan firmaya o məhsulla əlaqəli sualını verib cavab ala biləcək

    Mebelci.az dəqiqlik, doğruluq, informasiyanın mütəmadi və çevik yenilənməsi kimi prinsipləri ilə mebel bazarı iştirakçılarına (istehsalcılar, mağazalar, müştərilər) xidmət göstərməyi özünə missiya seçmişdir. Biz partnyorlarımıza müştərilərinə yaxın olmağı, problemlərini dinləmə və cavab vermə imkanlarını təmin etmək üçün çalışırıq.