Lalafo


Bildiyimiz kimi, elan saytları günü gündən Azərbaycan bazarında artmaqda davam edir və bazarda bu sahədə fəaliyyət göstərən və artıq biznes və gəlir modeli formalaşmış saytlar var. Belə bir saytlardan biri də vaxtilə tanıdığımız "sövdə.az "idi. Reklamlarını daha az gördüyümüz bu sayt rebrendinq 'dən sonra belə dəsək canavara döndü. "lalafo.az " adı ilə Azərbaycan bazarına daxil olan bu şirkətin tək fəaliyyət bazarı Azərbaycan deyil. Çoxları düşünür ki, bu saytın qurucusu hansısa məmur yaxud dövlət adamıdır. Əslində televiziyada, seriallarda və başqa daşıyıcılarda qarşımıza çıxan reklamlar bizdə bu təəssüratı yaradır. Azərbaycanla yanaşı, Tacikistan, Qırğızıstan, Nepal, Əfqanıstan və Yunanıstan 'da fəaliyyət göstərən bu şirkətin qurucuları ukraynalı biznesmenlərdir. "Yalla Classifieds " ukrayna mərkəzli şirkətin əsas hədəfi afrika və asiya kimi inkişaf etməkdə olan bazarlara daxil olmaqdır. 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?