İcraçı Kredit Agentliyi


malikontrol

“İcraçı Kredit Agentliyi” (İKA) Bank olmayan Kredit Təşkilatıdır. İKA 9 sentyabr 2002-ci iltarixdə Azərbaycan Respublikası, Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, 22 sentyabr 2005-ci iltarixdə Ədliyyə Nazirliyində təkrar qeydiyyatdan keçmişdir.

Təsisçilərimiz:

“Azərbaycan Respublikası Kreditİttifaqları Assosiasiyası” (AKİA) İctimaibirliyi,
ölkədə fəaliyyət göstərən müxtəlif kredit ittifaqları və əsasən kollektiv üzvü olan fiziki şəxslər;

2002-2012-ci illər müddətində “İcraçı Kredit Agentliyi” MMC BOKT Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında imzalanmış 04 oktyabr 1999-cu il tarixli Kredit Sazişinə müvafiq olaraq “Kənd Təsərrüfatının İnkişafı və Kreditləşməsi” layihəsinin “Kənd Yerlərinin Maliyyələşdirilməsi Komponenti” icrası ilə bağlı agent xidmətləri göstərmişdir.

İcra olumuş Layihə çərçivəsində kiçik kənd təsərrüfatı müəssisələrinə (Kredit İttifaqlarına),  Birgə Borclu Qruplarına aqrar sektorda xırda sahibkarlığın və fərdi fermer təsərrüfatının inkişafı üçün qısamüddətli kreditlər verilmişdir.

Bu gün İKA MMC ölkənin aqrar sahəsinin mikromaliyyə seqmentintə öz yerini tutmuş və fəaliyyətini davam etdiri.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?