Halal-P



Missiya bəyannaməmiz

Biz qabaqcıl texnologiyalardan yararlanaraq Azərbaycanda poliqrafiya, ofis və bank sahəsini keyfiyyətli məhsul və peşəkar xidmətlərlə təmin edir, müştəri məmnunluğuna nail olur, hər bir işçinin rifah və karyera inkişafına töhfə veririk.
Tarix və fəaliyyətimiz

“HALAL-P” MMC Azərbaycan bazarında 1996-cı ildən etibarən fəaliyyət göstərir və dünyaca məşhur ticarət markalarının Azərbaycanda rəsmi distribyutorudur. “HALAL-P” MMC olaraq mətbəə, korporativ,bank, informasiya texnologiyaları sahələrində avadanlıq və həlləri təqdim edir.

Ofset və rəqəmsal mətbəələrin qurulması

Bu günədək 100-dən artıq mətbəələrin qurulması, müasir standartlara gətirilməsini həyata keçirmişik. Geniş çeşiddə ən müasir çap avadanlıqları, geniş çeşiddə pre-press və post-press avadanlıqları, sərf materiallarının təchizini təmin edirik.

Korporativ sahə üzrə həllər

Korporativ sahə üzrə təklif etdiyimiz həllərə Çap İnfrasturukturunun Optimallaşdırılması (OPS), Skan
infrastrukturunun quraşdırılması, Elektron strukturun qurulması,digər ofis avadanlıqları daxildir.

Çap infrastrukturunun optimallaşdırılmasına (OPS) Ysoft SafeQ proqram təminatı, PrintFleet proqram təminatı , Konica Minolta çap avadanlıqları daxildir.

Skan infrastrukturunun quraşdırılması isə Fujitsu skanerləri vasitəsilə həyata keçirilir.

Elektron strukturun qurulması isə özündə elektron sənəd dövriyyəsi ( FlexiCapture), elektron arxiv qurulması, inventarın idarə olunması (Logix) kimi həlləri birləşdirir.

Korporativ sahələr üzrə yuxarıda sadaladığımız həllərlə yanaşı, ofislərinizdə rahatlıqla istifadə edə biləcəyiniz, öz keyfiyyəti ilə fərqlənən hava təmizləyən avadanlıqlar, innovativ texnolohgiyaya əsaslanan və məhsul ömrününün müddətsiz olması ilə seçilən şrederlər, asan və təhlükəsiz kəsimi təmin edən kağız kəsən avadanlıqlar, yüksək mükəmməllikdə keyfiyyətə təminat verdiyimiz steplerlər də geniş məhsul portfelimizin bir hissəsini təşkil edir.

 Bank sahəsi

“Halal-P” MMC şirkəti dünyanın bir sıra aparıcı bank avadanlıqları istehsalçılarının rəsmi distribyutorudur:

Giesecke & Devrient (Almaniya), Masterwork (Tayvan) , Mabas (Türkiyə), Scan Coin (İsveç), Vama (Almaniya) və s.

Bank sahəsi üzrə əsas həllərimiz kassa avadanlıqlarının iş prosesinin təkmilləşdirilməsi (əskinas və qəpiklərlə işləmə), yeni avadanlıqların və proqram təminatlarının tətbiqi, Smart Seyf və Köşklərin təminatı, həmçinin, onlara uyğun proqram təminatları, fərdi və korporativ bankçılıq, risklərin idarə edilməsi, və xəzinədarlığın inkişafı üçün internet banking, moblie banking, Omnichannel kimi həllərin tətbiqindən və servisindən ibarətdir.

İnformasiya Texnologiyaları üzrə xidmətlərimiz

İnformasiya Texnologiyaları üzrə xidmətlərimiz geniş xidmət portfeli ilə seçilir. Bura İT və şəbəkə məhsullarının satışı (avadanlıq satışı), Daxili şəbəkələrin (Local area network), Simsiz şəbəkələrin qurulması (Wi-fi və s.) , Çağrı mərkəzinin qurulması (Call centre), Təhlükəsizlik sistemlərinin qurulması (Kamera və xəbərdarlıq sistemləri), Giriş-çıxışa nəzarət sisteminin qurulması ( Parking, Access control, Turniket və s.), İT təhlükəsizlik sistemləri (DLP, İT security), aylıq və günlük texniki dəstək xidmətlərin göstərilməsi, İT məsləhət və audit xidməti.

Arxiv sahəsi

Arxiv sistemlərinin qurulması sahəsi ilə bağlı “Halal P” MMC artıq illərdir ki həm fiziki, həm də elektron arxiv,elektronlaşma sahəsində təcrübə toplamışdır və ölkəmizdə bir neçə böyük təşkilatlarda və banklarda arxiv sisteminin qurulmasını həyata keçirmişdir.

 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?