GARANT Holding


Qarant Holdinq - 2005-ci ildən fəaliyyətə başlayan Qarant Holdinq uğurlu və dinamik idarəetmə şirkətidir və tərkibinə daxil olan şirkətlərin fəaliyyətinə onların strateji qərarlarına rəhbərlik edir. Qarant Holdinq şirkətlər qrupu inşaat məhsullarının istehsalı, telekommunikasiya, sığorta, mehmanxana işi və sağlamlıq-istirahət mərkəzləri, inşaat, daşınmaz əmlak və onun idarə edilməsi, reklam xidməti, kənd təsərrüfatı məhsulları istehsalı, restoran servisi, eləcədə səyahət sahələrində fəaliyyət göstərir. Biznesin müxtəlif sahələrində fəaliyyət göstərən Qarant Holdinq öz məhsulları və xidmətləri ilə müştəri məmmuniyyətini yüksək səviyyədə təmin etməyi qarşısına məqsəd qoymuşdur. Gənc, dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatının önündə olmağı hədəfə alan Qarant Holdinq ölkənin mühüm iqtisadi qüvvələrindən biridir. Bu şirkət qabaqcıl və ən müasir yenilikləri Azərbaycanda tətbiq etməklə, öz tərkibinə daxil olan şirkətlərin inkişafına dəstək verməklə yanaşı fəaliyyət göstərdiyi biznes sektorlarında da beynəlxalq rəqabətin inkişafına təkan verir.

2005-ci ildən 2013-cü ilə qədər şirkət ZQAN Holdinq adı altında fəaliyyət göstərib, 10 may 2013-cü il tarixindən etibarən adını dəyişərək onu, yeni korporativ ad Qarant Holinq-lə əvəzləyib.

Ölkənin nadir geofiziki, sosial və iqtisadi mövqeyi, təşkilati stabilliyi, iqtisadi potensialı, təbii ehtiyatları, yüksək ixtisasa və səriştəyə malik insan ehtiyatları Qarant Holdinq şirkətinin inkişafını təmin edən əsas dəstəkverici amillərdir

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?