İşçilərimizin, üzvlərimizin və müştərilərimizin sağlamlığı və təhlükəsizliyi hər zaman bizim ən üstün vəzifəmiz olub! AHK Azərbaycan, məsuliyyəti dərk edir və ilk öncə xalqımızı qorumaq məqsədilə, sürətlə yayılan xəstəliyə qarşı bir tədbir olaraq ofisdən kənar işləməyi qərara aldı.
Nəzərə alın ki, AHK ofisi normal olaraq açıqdır, lakin işçilərimizin zəruri olmadıqca ofisə gəlməməyi məsləhət görülür.
Əlbətdə ki, bu müddət ərzində yenə də üzvlərimiz və müştərilərimiz üçün tam fəaliyyətdə olacağıq, iş saatları normal olaraq qalır və həmişəki kimi bizimlə elektron poçt və ya telefon vasitəsilə əlaqə saxlanıla bilər.
Təhlükəsizliyinizi qoruyun və qarşıdan gələn yeniliklər üçün bizi izləyin!