Azstarnet


"AzStarNet" şirkəti bu gün qabaqcıl şəbəkə operatorlarından və İnternet provayderlərindən biridir. İnformasiya texnologiyaları bazarında 10.10.2002-ci ildən fəaliyyət göstərir. Özünün yüksəksürətli şəbəkəsini Bakı və Abşeron yarımadası ərazisində genişləndirərək, kompaniya "sonuncu mil" problemlərini həll edir və həll etməkdə davam edir.

Kompaniya İnternetə genişzolaqlı yüksəksürətli qoşulmanı təqdim edir.

Simsiz qoşulma (10 Mbps-ə qədər)
Simsiz şəbəkəni kompaniya Motorola, Proxim, Alvarion, Redline kimi firmaların simsiz avadanlıqlarından istifadə etməklə qurur. 

Motorola Authorized Canopy TM Solutions Provider statusuna malikdir.



Optik lifli qoşulma (100 Mbps-ə qədər)
"Az.StarNet"  FTTH (evə qədər optik-lif), FTTP (müəyyən yerə qədər optik-lif), FTTC (bölüşdürücü qutuya qədər) tipli, öz dərəcəsində yüksək həll təqdim edir. Bu, şirkətlər və fərdi istifadəçilər üçün standartlarla əsaslandırılmış genişmiqyaslı, mürəkkəb həllərdir. İstifadəçilərə 20 Mbit/s-dən 100 Mbit/s-ə qədər sürətlə İnternetə çıxış təqdim edilir.

ADSL texnoloğiyası ilə qoşulma
ADSL (Asymmetric Digital Subscriber Line – Asimmetrik Rəqəmsal Abunəçi Xətti) texnologiyası bazasında İnternetə qoşulma xidməti, məlumatların qəbul edilməsində sürət və keyfiyyətə yüksək tələblə yanaşan fərdi müştərilər, həmçinin fiziki şəxslər üçün optimal həlldir.

 

"Az.Starnet" kompaniyası RIPE NCC assosiasiyasının üzvüdür və həmçinin LIR (Local Internet Register) statusuna malikdir. RIPE NCC assosiasiyasına üzvlük "Az.StarNet"ə, öz müştərilərinə global ip ünvan mənbələrini daha çevik və operativ surətdə verməyə imkan yaradır.

Şirkət, Layihələrin İdarə Edilməsi Azərbaycan Assosiasiyasının (AzPMA) üzvüdür və "İntellekt" mükafatı sertifikatına malikdir

Avadanlıq və materiallar tədarükçüsü kimi dünya liderlərini seçməklə şirkət təklif etdiyi xidmətlərin etibarlılığına və rəqabət qabiliyyətliliyinə əmindir. "Az.StarNet" şirkəti elastik tarif siyasətini saxlayır və öz sifarişçilərinə səmərəli qiymət/keyfiyyət nisbətini təklif edir.

Şirkət öz müştəriləri üçün Şəbəkədə işləməyi maksimal dərəcədə əlverişli və effektli etmək üçün daim çalışır. 

Şirkət həmişə öz müştərilərinin suallarına cavab  və lazımi məsləhətləri verməyə daim hazırdır. Gün ərzində 24 saat! Həftədə 7 gün! İldə 365 gün! Texniki şöbə problemləri daha əlverişli və effektli qayda ilə həll etməkdə köməklik göstərməyə həmişə hazırdır.
 

Bu gün "Az.StarNet" adı,  təqdim edilən xidmətlərin keyfiyyəti, dayanıqlığı və müştərilərlə münasibətdə düzgünlük ifadə etməyi ilə çoxları üçün fərəhlə qeyd edilir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?