Azman Co -


    AZMAN Co. şirkəti rəsmi qeydiyyatdan 2008-ci ilin iyun ayında keçmişdir. Lakin şirkətin aktiv fəaliyyətinə bir il sonra, 2009 cu ilin iyun ayından start verilmişdir. Qısa müddət ərzində şirkət Çinin bir neçə iri motosiklet və motosiklet aksessuarları istehsalçılarının rəsmi nümayəndəliyini əldə etmişdir. Satış salonunda təqdim olunan bütün texnikaya zəmanət verilir. Həmçinin salonun nəzdində "Texniki Xidmət Mərkəzi" də fəaliyyət göstərir. 2009-cu ilin Noyabr ayının ortalarında İtaliyanın Milan şəhərində keçirilən motosiklet sərgisində əldə olunmuş razılığa əsasən, AZMAN Co. şirkəti avropanın və amerikanın bir neçə tanınmış motosiklet, geyim və aksessuar brendlərini Azərbaycan bazarında öz müştərilərinə təqdim edir. Bu gün şərəflə Qafqaz regionunda Harley Davidson, Vespa, Zontes & Haouje kimi brend motosikletləri təmsil edirik.

    Məqsədimiz şəhərimizin əhalisinin motosiklet nəqliyyat növünə olan sevgisini artırmaq, ümumilikdə moto mədəniyyətini ölkəmizdə yaratmaqdır.