As Moda


Komfortlu alış-verişin adresi olan "as.moda" mağazalar şəbəkəsi “Azəri Stil” şirkətinə məxsus olub hazır geyim sektorunda 90% Türkiyə istehsalı olmaqla kişi, qadın və uşaq geyimlərinin pərakəndə satışı ilə ilk dəfə 2004-cü ildə Gəncə şəhərində bir ədəd kiçik mağazada fəaliyyətə başlamışdır.

120 kv m. sahəsi olan mağazada üç il fəaliyyət göstərdikdən sonra daha bir kişi geyimləri mağazası da açmağa nail olduq.

Həmin mağaza fəaliyyəti çox uzun olmasa da bir il sonra yerini başqa bir ticarət sahəsinin məhsullarına verməli oldu.

Firmamız əsas aktiv fəaliyyətinə 2014-cü ildə 800 kv m., bir il sonra isə böyüyərək 1200 kv m-lik böyük bir pərakəndə satış mağazasında başlamışdır. Uğurlu pərakəndə mağazaçılığın davamı olaraq 2018-ci ilin Oktyabr ayında Xırdalan şəhərinin ən görkəmli yerində 2700 kv m. sahəsi olan daha böyük 3-cü bir mağazamız açıldı. Ən son 2020-ci ilin Sentyabr ayında 1600 kv m. sahəsi olan Elmlər mağazamızın açılışını həyata keçirdik. "GEYİMDƏN DAHA ARTIQ" devizini özümüzə şüar edərək hal hazırda 100-dən artıq personal heyəti ilə şirkətimizə aid 4 pərakəndə mağazamızla müştərilərimizə ən son dəbə aid olan keyfiyyətli və uyğun qiymətli geyim məhsullarını təqdim etməklə yanaşı, həm də alıcı məmnuniyyətini təmin etmək üçün kafe, dərzi, kimyəvi təmizləmə, uşaq əyləncə guşəsi və sairə kimi paralel xidmətləri də fəaliyyət sahəmizə daxil edərək pərakəndə satış bazarında öz yerimizi möhkəmləndirməkdəyik.

Şirkətimiz Azərbaycan alıcılarının geyim stilinə xüsusi önəm verməklə gənc alıcı təbəqəsini hədəf mərkəzində saxlayaraq müştəri məmnuniyyətinə həssaslıqla yanaşıb keyfiyyətli xidmət nümayiş etməkdədir.

Yaxın gələcəkdə Bakı şəhərində iki satış mərkəzi ilə şəbəkəmizi daha da böyüdüb gələcək illərdə isə 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?