Arash Holding


Şirkətin tarixi

Səhiyyə dünyasında irəlidə olmaq və innovativ texnologiyalardan yararlanmaq üçün doğru addımları atmaq və profesional xidmət almaq istəyən dəyərli tibb işçilərinin əsas seçimi olan Arash Medical Company düz 25 il bundan öncə fəaliyyətə başladı. Yarandığı gündən sektorda keyfiyyət, etibarlılıq və peşəkarlığı ön planda tutan şirkət, zaman keçdikcə sektorun liderinə çevrildi.

Məqsəd 

Sektorun öndər markaları ilə əməkdaşlıq edən şirkətin əsas məqsədi ölkəmizdə tələb olunan keyfiyyətli və etibarlı tibbi avadanlıq və sərfiyyat məhsulları ilə təmin etməkdir. Şirkət təchiz etdiyi cihaz və avadanlıqların peşəkar servisi ilə də məşğuldur ki, bu xidməti həyata keçirən mütəxəssislər hər il dünyanın müxtəlif ölkələrində təşkil olunan seminarlar və treninqlərdə iştirak edərək bu işin texniki tərəfinin nəbzini tutmaqdadırlar.

Missiya

Arash Medical Company əməkdaşlıq etdiyi yüksək səviyyəli dünya markalarının istehsal etdiyi avadanlıqları ölkəmizə gətirməklə ölkə səhiyyəsində müasir texnologiyaların istifadəsini bir üst səviyyəyə qaldırmaq, keyfiyyətli və dəqiq müayinələr üçün zəmin yaratmaq, sektorda lider mövqeyini qorumaq və sektoru yönləndirən şirkətlərdən biri olaraq qalmaq, xidmət keyfiyyətini üst səviyyəyə qaldıraraq və müştəri məmnuniyyətini ön planda tutaraq münasibətlərini hörmət, ədalət, vicdan, dürüstlük təməlləri üzərində qurmaq və davam etdirmək şirkətin ən əsas missiyalarındandır.

Gələcəyə baxış

Tibbi sektorun şərtlərini ən dəqiq şəkildə analiz edərək ”Etibarlı qurum obrazını qoruyan, uzun vadəli düşünülmüş, tibb işçilərinin məmnuniyyətini prioritet seçən, peşəkarlıq və keyfiyyəti daim əsas tutan” bir anlayışla ən uyğun biznes şərtləri altında bütün sektora qatdığımız dəyəri davamlı ve stabil bir şəkildə artırmaq şirkətin əsas predmetlərindədir.

Şirkət ölkəyə gətirdiyi müasir və innovativ texnologiyalar əsasında istehsal olunan tibbi cihaz və avadanlıqlar ilə sektorda imza atdığı ilklərlə irəliləməyə davam etmək üçün çalışmaqdadır. Arash Medical Company QSC səhiyyə sektorundakı rəqabət şərtlərini, müştərilərin dəyişən istək və gözləntilərini nəzərə alaraq istər məhsulların, istərsə də xidmətin davamlı olaraq inkişaf etdirilməsini, yaxşılaşdırılmasını təmin etməkdədir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?