Arash Dental & Beauty


Arash şirkəti,1994-cü ildə təsis edilmiş və hazırda Azərbaycanda stomatoloji, kosmetoloji avadanlıq və məhsulların satışında liderlik mövqeyindədir.

Şirkətimiz,Candela,Ionto Comed,Septodont,İBSA,Medytox və sairə dünyanın aparıcı istehsalçıları ilə əməkdaşlıq edir.

Ümumilikdə 40 -dək məşhur brendlərin məhsullarının satışı ilə məşğul olan şirkətimiz,müştərilərinə yalnız yüksək keyfiyyətli və orijinal məhsullar təklif edir.

2014-cü ildə  Candela şirkətinin rəhbərliyi tərəfindən,Arash  şirkəti rəsmi olaraq,məhsullarının ən yaxşı distribütoru adına layıq görülmüşdür.

Şirkətin ştat üzrə işçiləri 40 nəfərdən ibarətdir.

Bütün mütəxəssislər,mütəmadi olaraq,beynəlxalq seminar,təlim və kurslarda iştirak etməklə öz kvalifikasiyalarını artırırlar.

Araş şirkəti,periodik olaraq,müxtəlif təlim və əyləncəli tədbirlər,təqdimatlar,seminarlar keçirir.

Tədbirlərin aparıcısı və təlimçisi qismində,öz təcrübələri ilə bölüşən,qabaqcıl müalicə metodları haqqında danışan,masster-klasslar keçirən,xarici partnyorlarımızın nümayəndələri dəvət olunurlar.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?