Amrahbank ASC


Azərbaycan Respublikası Mərkəzi Bankının 1993-cü il tarixli 171 saylı lisenziyası ilə fəaliyyətə başlamış Amrahbank Azərbaycanın ən sürətlə inkişaf edən banklarından biridir.

Bankımız korporativ müştərilərə geniş çeşiddə bank xidmətlərini təklif edir. Təklif olunan xidmətlərin sırasına hüquqi və fiziki şəxslər üçün cari hesabların açılması, kreditlərin verilməsi, sənədli əməliyyatların aparılması, əmanət hesablarıının açılması, plastik kartlar üzrə əməliyyatlar, beynəlxalq və yerli pul köçürmələri, hesbalaşma-kassa xidmətləri, inkassasiya xidmətləri və s. daxildir.

Amrahbank fəal tərzdə müfəssəl inkişaf strategiyasının həyata keçirilməsi işini aparır və Azərbaycanın bir çox bölgələrində filial şəbəkəsinin yaradılması və genişləndirilməsi bu işin tərkib hissələrindən biridir. Hazırda  Bankın 21 filialı, bir şöbəsi vardır və bunlardan 15-i paytaxt Bakı şəhərində yerləşmişdir.

2008-ci ildə Bankın səhmlərinin strateji investor olan Bəhreyndə yerləşən ”Beynəlxalq İnvestisiya Bankı”na (BİB) 49 % pay ilə satılması, Bankın tarixində xüsusi bir mərhələ kimi qeyd olunur. Dünya miqyasında nüfuzlu bir təşkilat sayılan Beynəlxalq İnvestisiya Bankı, “Amrahbank”da korporativ idarəetmənin təkmilləşdirilməsində, risklərin idarə olnması, Bankın fəaliyyətinin müxtəlif istiqamətlərində böyük rol oynamış öz bilik və təcrübələrini əməkdalarımızla bölüşmüşlər. Eyni zamanda bu strateji əməkdaşlıq “Amrahbank”a müxtəlif aparıcı maliyyə təşkilatları ilə sıx münasibətlər yaratmağa geniş imkanlar açmışdır. Hal-hazırda fiziki şəxslər 54,16%, BİB isə 45,84% səhm payına malikdir.

Özünün yeni baxış strategiyalarını əks etdirmək üçün 2009-cu ilin iyun ayından Amrahbank yeni korporativ imicinin tətbiqinə başladı və uğurla başa vurdu. Yeni korporativ imic “Amrahbank”ın inkişafına böyük dəstək verdi, yeni infrastrukturun yaradılmasına təkan verdi, müştərilərə daha yüksək xidmətlərin göstərilməsi təmin edildi.

Özünün müxtəlif inkişaf planlarının bir hissəsi kimi, Amrahbank korporativ müştərilər üçün maliyyə vəsaitləri, ikitərəfli kredit xətləri, ticarətin, layihələrin maliiyyələşdirilməsi, texniki yardım və s. sahələr üzrə dünyanın müxtəlif ölkələrindən olan ən iri maliyyə təşkilatları ilə tərəfdaşlıq əlaqələrini yartmaqda və möhkəmləndirməkdə daim maraqlıdır.

Amrahbank yaxın gələcək üçün Azərbaycan Qanunvericiliyi çərçivəsində İslam və Şəriət prinsiplərinə uyğun gələn bankçılıq məhsullarını təqdim etmək, bu sahədə Azərbaycan və ətraf ölkələrdəki geniş imkanlardan fayda görmək, müxtəlif ölkələrdə nümayəndəliklər açmaq, beynəlxalq reytinq agentlkilərindən reytinq almaq niyyətindədir.

Amrahbank bir sıra ixtisaslaşmış təşkilatların üzvüdür ki, bunların sırasına aşağıda qeyd olunanlar daxildir:

  • Azərbaycan Banklar Assosiasiyası
  • Azərbaycan Banklararası Valyuta Birjası
  • VİSA Beynəlxalq Ödəniş Sistemi
  • MasterCard Beynəlxalq Ödəniş Sistemi
  • SWIFT Beynəlxalq Banklararası sistem
  • Sahibkarlığa Kömək Milli Fondu
  • Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu
  • Azərbaycan Mikromaliyyə Assosiasiyası
  • Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu
  • Azəricard Prosessinq Mərkəzi və s.

Azərbaycan ölkə daxilində kartların prosessinqi ilə məşğul olan Millikart Səhmdar Cəmiyyətinin təsisiçilərindən biridir.

“Amrahbank”la əməkdaşlıq edən AmrahSığorta şirkəti Bankın müştərilərinə sığorta sahəsində müxtəlif məhsul və xidmətlər təqdim edir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?