Amburan Kids


Amburan Mall ilə alış-veriş mərkəzi anlayışı yeni dəyər qazanır. Geyim və aksesuar mağazaları, ləzzətin həzzinə varacağınız dadlı yeməklərin məkanı olan restoranlar və uşaqlarla uşaq olacağınız əyləncə dolu oyunlar! Bütün axtardıqlarınızı bir araya gətirən Amburan Mall ziyarətçilər üçün əyləncəli alış-veriş konsepti ilə yolunuzu gözləyir.

Özünüz, ailəniz, eviniz - bir sözlə bütün ehtiyaclarınız üçün!

Uşaqlarınızın inkişafına müsbət təsir göstərəcək öyrədici və rəngarəng oyuncaqları Hamiltonda asanlıqla tapa bilərsiniz. Finchley sizə məşhur qadın və kişi geyim brendlərinə məxsus məhsulları 80%-ə qədər endirimlə təqdim edir. Pink Accessories isə geyimlərimizi tamamlayan zövqlü detalların ən sevilən ünvanıdır. Ev dekorasiyası dedikdə ağlımıza ilk gələn Sel Home və 7 gün 24 saat keyfiyyətli məhsullarla ehtiyaclarınızı təmin edən Bravo Supermarket isə Amburan Mall-u bütün məqamlar üçün alış-verişin ideal ünvanına çevirir.

Əsl ləzzət həzzi!

Restoran seçimi istirahətin ən önəmli parçalarından biridir. Möhtəşəm terras və Xəzərin mavi sularına açılan mənzərə qarşısında dadacağınız yeməklər sizin əhvalınızı yüksədəcək. Ləziz dessert və şirniyyatları dadmaq üçün Cadoro, Cake Bake-ə mütləq baş çəkməlisiniz. Nəfis yeməklər təqdim edən Villa Turkish və fastfood-un damağımızda qalan dadı üçün isə KFC, McDonalds, Bir İki Dönər seçimləriniz arasında mütləq olmalıdır.

Əyləncə isə istirahəti daha yadda qalan edir!

Sərhədsiz əyləncə və xoşbəxt saatlar! Həm siz, həm də uşaqlarınız burada əsl həyəcanı dadacaqsınız. ANVİO VR ilə həzzin zirvəsini yaşayacaq, virtual reallığı fəth edəcəksiniz. Uşaqlarınızın əylənərək öyrənməsi və onların  xoşbəxt gülüş səslərinin yüksəlməsini rahatlıqla Amburan kids-ə həvalə edə bilərsiniz.

Böyük ekranlarda yeni həyatlar!

Bəs filmlər? Nəhəng ekranda heç bilmədiyimiz hekayələri izləmək hərkəs üçün maraqlıdır. Geniş, işıqlı vizuallar və möhtəşəm səs effektləri ilə özünüzü izlədiyiniz hekayələrin bir parçası hiss edəcəksiniz. CinemaPlus bütün yeni premyeraları sizin üçün gətirir.

Limitsiz əyləncə və rahat alış-veriş Amburan Mallda sizi gözləyir!

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?