Altay Mustafayev Law & Tax


“Altay Mustafayev Law & Tax” əsasən xarici və yerli hüquqi şəxslərə geniş çeşidli hüquq və vergi xidmətləri göstərən müstəqil hüquq şirkətidir. Şirkətin ofisi Bakı şəhəri, Hyatt Tower 2, Izmir küçəsi 8-də yerləşir. İş qrafiki həftənin 5 günü saat 9.00-dan 18.00-dək (1 saatlıq nahar fasiləsi nəzərə alınmaqla). Şənbə və bazar günləri, habelə Əmək Məcəlləsinə əsasən qeyri-iş günləri hesab olunan günlər istirahət günləri hesab olunur. Müraciətlərə baxılması və əmək fəaliyyəti zamanı yaş, cins və əmək funksiyalarının yerinə yetirilməsinə təsir etməyən sair xüsusiyyətlərə görə ayrı-seçkiliyə yol verilmir.