Akkord Nəqliyyat


“Akkord Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Nəqliyyat Departamentinin bazasında yaradılmışdır və hal – hazırda bu departamentin yerinə yetirdiyi işləri davam etdirir. Yeni struktur vahidi fəaliyyətinə 14.05.2015 – ci il tarixdən etibarən başlamışdır.

“Akkord Nəqliyyat” MMC “Akkord Səna3ye Tikinti İnvestisiya Korporasiyası” ASC – nin təsisçisi olduğu bütün təşkilatlar, eyni zamanda kənar təşkilatların avtonəqliyyat vasitələri, mexanizmlər və avadanlıqlarla təmin edilməsinə, həmin texnikaların əsaslı təmir edilməsinə, servis xidməti göstərilməsinə texniki dəstək göstərir.

Təşkilata məxsus texniki parklarda mövcud olan avadanlıqlar və burada çalışan peşəkar mütəxəssislər bu məsuliyyətli işin yüksək səviyyədə icrasına tam təminat verir.

“Akkord Nəqliyyat” MMC balansında olan 273 ədəd avtonəqliyyat vasitəsi, 83 ədəd maşın – mexanizm vasitəsilə ölkədə həyata keçirilən müxtəlif tikinti – quraşdırma layihələrində iştirak edir. Şirkətin balansında olan dünyanın aparıcı firmaları tərəfindən istehsal olunmuş texniki avadanlıqlar onun tikinti sektorundakı nüfuzuna dəlalət edir. Buna uyğun olaraq bir neçə nümunə göstərmək olar: kovuşunun tutumu 5m3 olan 3 ədəd Volvo 700 markalı ekskavatorlar ən çətin coğrafi metroloji şəraitdə belə irimiqyaslı layihələrin icrasında işlərini davam etdirirlər. Belə ki, ekskavatorlardan biri “Qazax Sement Zavodu” MMC – də sement istehsalı üçün nəzərdə tutulan və illik həcmi 1.200.000 ton olan xammalın yüklənməsində uğurla istifadə olunur. Bu layihədə eyni zamanda yenə də Volvo markalı 30 m3 yük tutumlu, ən müasir nadir texniki imkanlara malik 2 ədəd özüboşaldan qoşqu, MAN markalı özüb

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?