AİSCO


Əsas fəaliyyət istiqaməti olaraq, Azərbaycanın gübrə və kənd təsərrüfatı istehsal vasitələri bazarını hədəfləyən Aqrar İnnovasiya və Təchizat Şirkəti (AISCO) 2019-cu ildən fəaliyyətə başlamışdır. Şirkət qısa zaman ərzində yüksək potensiallı gənc kadrları öz ətrafında toplayaraq, müasir texnologiyaların tətbiqi ilə fəaliyyətini təşkil etmişdir.

Aqrar İnnovasiya və Təchizat Şirkəti Azərbaycan fermerlərinə məhsul və xidmətləri daha rahat, həmçinin, əlçatan təklif etmək üçün özünün geniş satış şəbəkəsini qurmuşdur.

Beləliklə, Azərbaycanın müxtəlif bölgələrində təsərrüfatla məşğul olan fermerlər öz bölgə və rayonlarından kənara çıxmadan müxtəlif istehsal tələbatlarına cavab verən kənd təsərrüfatı istehsalı vasitələrini əldə edə biləcək.

Şirkətimiz eyni zamanda ölkəmizdə fermerlərə dövlət tərəfindən verilən subsidiyalı gübrə satışlarında yaxından iştirak etməklə aqrar sektorda aparılan islahatlara öz da töhfəsini verməkdədir.

Aqrar İnnovasiya və Təchizat Şirkəti müasir elmi metodlardan və informasiya texnologiyalarından istifadə etməklə Azərbaycanda kənd kəsərrüfatının inkişaf etdiriləcəyinə inanmaqdadır. Avropanıın aparıcı ölkələrinin kənd təsərrüfatı sahələri ilə rəqabət aparılacaq vaxt yaxındadır.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?