Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) 1992-ci ildə təsis olunub. 1994-cü ildən etibarən FIFA və UEFA-nın üzvüdür. Azərbaycan Respublikasının ərazisində futbolu kompleks şəkildə inkişaf etdirmək, yarışların təşkilinə nəzarət, onları tənzimləmək, futbolla bağlı beynəlxalq idman əlaqələrini inkişaf etdirmək, Azərbaycan futbolunu beynəlxalq təşkilatlarda və yarışlarda təmsil etmək, milli və beynəlxalq səviyyədə yarışların təşkili AFFA-nın vəzifələrinə daxildir və AFFA bu istiqamətdə məqsədyönlü fəaliyyət göstərir.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?