AdPro Group


ADV Production MMC (Adpro) – müxtəlif növ və ölçüdə olan kreativ metal və taxta məhsullarının istehsalı, metal və taxta məhsullarının dizayna uyğun yerində quraşdırılması və açıq hava reklamı (www.adv.az) sahəsində fəaliyyət göstərən bir studiyadır. Şirkətimiz 2001-ci ildən açıq hava reklamı sahəsində, 2014-cü ildən isə istehsal sahəsində fəaliyyət göstərir. Fabrikamız 15 000 m2 sahəni əhatə edir. İstehsal sahəmizdə olan mütəxəssislərimiz insanların zövqünü oxşayan, onları əhatə edən məkanın daha rahat və gözəl olması üçün lazım olan kreativ bağ və ev mebelləri, kreativ küçə mebelləri, park və bağlar üçün işıqlandırma qurğuları, kiosk, müxtəlif pavilyonlar, inşaat və dekorativ konstruksiyaların istehsalı ilə məşğuldurlar.

Qeyd olunanlardan əlavə, texniki imkanlarımız da bizə imkan verir ki hər bir sifariş olunan məhsulu istehsal edib müştərilərimizə təqdim edək. İstehsal etdiyimiz məhsulların keyfiyyətinə, dayanıqlığına, standartlara cavab verməsinə təminat veririk. Bu sahədə çalışan mütəxəssislərimiz öz pəşəkarlıqları ilə seçilirlər və bunun nəticəsidir ki, keyfiyyətli məhsul istehsal etməklə yanaşı hər bir müştəri ilə fərdi qaydada işləmək günümüzün əsas tələbinə çevrilmişdir.

Biz öz işimizi sevirik və o məhsulları istehsal etməkdən zövq alırıq ki, həmin məhsullar uzun müddət insanlara yüksək keyfiyyətlə xidmət etmiş olsun. Məhz bu səbəbdən də biz, əməkdaşlıq üçün əlverişli şərtlər yaradırıq ki, hər zaman alıcılarımızı məhsullarımızla sevindirmək imkanımız daha geniş olsun.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?