Acıbadem


Acıbadem Türkiyə, İstanbulda kiçik bir xəstəxana olaraq tibbi xidmətlər sahəsində fəaliyyətə başlamışdır. Bugün, Acıbadem özünün 21 xəstəxana, 13 ambulator klinikalar və dəstəkverici xidmət şirkətləri ilə qlobal səhiyyə liderləri arasında düzgün yer tutan bir super brendir. Acıbadem şirkətinin sürətli inkişafı 2012-ci ildə İHH Healthcare ilə birgə tərəfdaşlıq müqaviləsinin imzalanması ilə nəticələndi və bu da bizə dünyanın ikinci ən böyük səhiyyə zəncirinin bir hissəsi olmaq imkanı verdi. Bizim öz fəaliyyətimizi xaricdə genişləndirmə məqsədimiz 2011-ci ildə Makedoniya, Skopyedə təsis olunan Acıbadem Sistina xəstəxanası ilə başlamışdır. Bundan sonra şirkət 2016-cı ildə Bolqarıstanda Tokuda Group və City Clinic Group şirkətlərini əldə etmişdir. Bu şirkətləri əldə etməklə Acıbadem Healthcare Group Bolqarıstanda ən böyük səhiyyə xidmət təminatçısına çevrildi. Ən son bizim fəaliyyətimiz 2017-ci ildə 5.000 kvadrat metr qapalı sahə ilə Amsterdamda Acıbadem Beynəlxalq Tibbi Mərkəzinin fəaliyyətə başlaması ilə daha da genişləndi. Bizim beynəlxalq sərmayəmiz 4 xəstəxana və 5 ambulator klinikaların daxil edilməsi ilə nəticələndi. 

Qlobal cəhətdən rəqabətcil inteqrasiyalı tibbi xidmətlər 

Xəstəxanalar və ambulator klinikalardan savayı, Acıbadem Healthcare Group özünün inteqrasiyalı xüsusi səhiyyə ekosistemi ilə ümumdünya model təklif edir. Bu ekosistemə müxtəlif tibbi dəstək müəssisələri və universitet daxildir. Acıbadem Universiteti güclü təhsil işçiləri sayəsində dinamik və müasir təhsil proqramlarından istifadə etməklə tibbi tələbələrinə gələcək tibbi peşəkarlar olmaları sahəsində tədris keçir. 

Acıbadem-də, tibbi dəstək müəssisələri  xəstə ilə iş təcrübəsini davamlı olaraq inkişaf etdirməyə çalışır. Acıbadem Project Management açar təslimi xəstəxana yaradılması layihələrini işləyib hazırlayır. Acıbadem Labmed, Labvital, LabCell laboratoriya daxilində patologiya, qida nəzarəti, kök hüceyrə və göbək qan bankı daxil olmaqla geniş çeşidli xidmətlər təklif edir. Acıbadem Technology “Xəstəxana Məlumat Sistemi” daxil olmaqla daxili proqram təminatları işləyib hazırlayır və təkmilləşdirir. APlus xəstəxanaların gigiyena və iaşə tələblərinə istiqamətlənir və Acıbadem Mobile xəstəxana xaricində ilkin tibbi yardım və evdə qulluq xidmətlərini təmin edir. 

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?