AccessBank -


    Bizim missiyamız

    AccessBank-ın missiyası ev təsərrüfatlarına, mikro, kiçik və orta sahibkarlıq müəssisələrinə maliyyə xidmətləri və həlləri təklif etməklə, eləcə də bankçılıq sahəsində beynəlxalq səviyyədə qəbul olunan qabaqcıl təcrübələrdən istifadə etməklə Azərbaycanın dayanıqlı inkişafına töhfə verməkdir. Biz öz müştərilərimizə, səhmdarlarımıza, əməkdaşlarımıza və ümumilikdə cəmiyyətə dəyər qazandırmaq məqsədimizə sadiqik. Bizim missiyamız şəffaflıq və açıqlıq, peşəkarlıq, müştərilərə sadiqlik, komanda işi, cəmiyyət və ətraf mühitə qarşı məsuliyyət kimi dəyərlərimizə əsaslanır.

    Bankın strateji məqsədləri:

    • Mikro və kiçik biznes müştəriləri üçün aparıcı maliyyə xidməti təminatçısı kimi bazardakı mövqeyini qoruyub saxlamaq
    • Prosesləri optimallaşdırmaq, rəqəmsallaşmanı genişləndirmək və xidmətləri müştəri tələblərinə daha da uyğunlaşdırmaqla müştəri məmnuniyyətinin artırılmasına davam etmək
    • Bankın güclü risk idarəçiliyini, yüksək anderraytinq standartlarını, tələblərə tam uyğunluq və daxili nəzarət mexanizmlərini qoruyub saxlamaq
    • Peşəkarlıq və müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək məqsədilə əməkdaşların inkişafına yatırım etmək və bununla da iş səmərəliliyini daha da gücləndirmək
    • İnvestorları dayanıqlı inkişaf və maliyyə gəlirliliyi ilə təmin etmək