Absheron Saffron LTD MMC


Zəfəran – eyni adlı gülün (Crocus sativus) qurudulmuş dişicik ağzından alınan ədviyyat və narıncı rəngdə qida boyasıdır. Zəfəranın özünə məxsus ətri və az acılı ədviyyəli dadı var. Zəfəran, qənnadı məhsullarının boyalanması və ətirlənməsi üçün, aşpazlıqda, və həmçinin pendir, kolbasa və likyorların istehsalında istifadə edilir.

Hələ qədim mənbələrin çoxunda: Qədim Aşşurbanipal kitabxanasında, şumər mənbələrində, İnçil və həmçinin müsəlman yazılarında zəfəranın adı çəkilir. İbn Sina özünün “Tibb elmləri kitabında” bunu yazırdı: “Zəfəranın içilməsi üzün rəngini yaxşılaşdırır. Zəfəran, ehtiras yaradır, sidiyi qovur, görməni aydın edir və gözdə olan pərdəni götürür”. Makedoniyalı İskəndərin ordusunda zəfəranı hətta yaraların sağalması üçün istifadə edirdilər.

Zəfəran haqqında bir çox mif və əfsanə mövcuddur. Misal üçün, yunan mifologiyasında belə deyilir: yunan tanrısı Zevs qadına qarşı ən güclü ehtirası hiss etmək üçün, zəfərandan hazırlanan yatağa uzanmışdır. Bunda qəribə bir şey yoxdu, çünki ədviyyatın ətiri ehtirası artırır. Finikiyalılar, yeni evlənənlərin toy gecəsinin gözəl və yadda qalan olması üçün, mələfələri zəfəranla boyayardılar.

Zəfəranın yetişdirilməsi üçün xüsusi iqlim şəraiti tələb olunur, bu da quru iqlimdir, yalnız payız aylarında çoxlu yağışlı havadır. Çünki onun soğanaqları yüksək nəmişliyə davamlı deyil və vaxt keçdikçə tam məhv olur. Zəfəranın əsas yetişdirildiyi yerlər: Hindistan, Çin, Pakistan, Mərakeş və Cənubi Qafqazdır.

Azərbaycan zəfəran yetişdirməkdə köhnə adətkardır. Tarixi məlumatlara əsasən onu Azərbaycana 7-9 əsrlərdə Kiçik Asiyadan gətirərək, Apşeron yarımadasında, Gəncə, Ağdam və Salyan rayonlarında becərməyə başladılar. Zəfəranın yetişdirilməsi üçün quru iqlim və qumlu torpağ kifayət etdiyinə görə, vaxt keçdikdə Apşeron yarımadasının demək olar ki bütün ərazisi bu bitki ilə becərilmişdir. Bakı və onun ətraf qəsəbələrində əla növ zəfəran, mükəmməl əncir və üzümün təkrarolunmaz sortları yetişdirilirdi. Bakının qədim gerbində yüklənmiş dəvənin üzərində, yan tərəflərindən zəfəran gülünün saplaqları təsvir edilirdi. Bu, o vaxtki əhalinin bu cür ticarət etdiyini və zəfəranın əkinçiliyi ilə məşğul olmasını həmin gerbdə əks etdirirdi.

Bəzi mənbələrə görə, orta əsrlərdə Rusiya və Avropa bazarlarına, Azərbaycandan 16 ton quru zəfəran ixrac edilirdi. Amma Apşeronda neft sektorunun inkişafı ilə, zəfəran və digər bitkilərə düşən pay sürətlə azalırdı. 19-cu əsrin sonu və 20-ci əsrin əvvəlində, neft hasilatı Apşeron yarımadasının ekologiyasına elə bir ziyan vurdu ki, neft basmış məhsuldar torpaqları bu günə qədər bərpa edilə bilməmişdir. Bütün bunlara baxmayaraq, apşeron zəfəranı xüsusi keyfiyyəti və bolluqu ilə hər zaman digərlərindən seçilib. 1878-ci ilin statistikasına görə, orta hesabla 1 hektar ərazidən 11 kiloqram quru zəfəran əldə olunurdu, bu da öz növbəsində rekord göstəricidir. İndinin özündə bütün bu müasir texnologiyalara baxmayaraq, 1 hektardan 5 kiloqramdan artıq zəfəran yığmaq olmur.

Keyfiyyətinə görə ən yaxşı zəfəran məhz Bilgəh qəsəbəsində yetişdiyi üçün, 1927-ci ildə orda “Zəfəran” adlı sovxoz yaradılır. Sovxozun ərazisi Bilgəhdən başqa Maştağa və Şüvəlan qəsəbələrinin bir hissəsini də əhatə edirdi. Amma, SSRİ dağılandan sonra sovxozun ərazisi dayanmadan azalaraq, cəmi 130 hektara gəlib çatdı. Burada il ərzində 140-150 kiloqram əla növ zəfəran əldə olunaraq, əsasən yeyinti istehsalatında istifadə edilirdi. 1996-cı ildə sovxoz bağlanandan sonra, zəfəran yalnız şəxsi təsərrüfatda yetişdirilir.

Bilgəhdə yetişdirilən zəfəranın keyfiyyətcə bərabəri yoxdur. Zəfəranın keyfiyyəti nədən asılıdır? Niyə Bilgəhdə bu çür əla zəfəran bitir? Keyfiyyət, ilk növbədə iqlim şəraitindən asııdır. Zəfəranın sulanmasına ehtiyac yoxdur, güclü yağışlar soganaqın keyfiyyətində əks oluna bilər. Yalnız sentyabrdan noyabra qədər bu bitkinin suya ehtiyacı var. Nəm çox olan yerdə zəfəran artıq oktyabrda yetişməyə başlayır, az olan yerdə isə noyabrda. Azərbaycanın digər rayonu Şəkidədə olduqca keyfiyətli zəfəran yetişdirilir. Burada qara torpağın olması bol məhsulun əldə olunmasına imkan yaradır, Apşerondan fərqli olaraq bu dağlıq regionda nəmliyin çox olması isə güllərin yığımını oktyabrda bitirir. Amma, bütün bunalara baxmayaraq Bilgəhdə yetişdirilən zəfəranı keyfiyyətinə görə heç biri ilə müqayisə etmək olmaz. Burada yaşayan camaat, ürəyə aid hər hansı xəstəliklər barədə yaddan çıxardıblar. Buranın havasının müalicəvi effekti var. Bu qəsəbədə hətta hava ilə müalicə almaq üçün sanatoriya təşkil olunmuşdur. Çox güman ki, məhz bu amil zəfəranın keyfiyyətində əks olunur.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?