Absheron Hotel Group


ABSHERON Hotel Group Azərbaycanda yeni təsis olunmuş hotel idarəçiliyi və inkişafı üzrə şirkətdir. Şirkətin yaradılmasında məqsəd otel sənayesi üzrə strateji iştirakçıya çevrilmək, otel və kurortların dünya səviyyəli portfelini yaratmaqla milli və regional bazarda aparıcı mövqe tutmaqdır.

"ABSHERON Hotel Group"-un mədəniyyət paradiqması müstəsna maddi yaradıcılıq nümunələri, həmkarlarımızın münasibəti, bizim dəyərlərimiz , inandıqlarımız və etdiyimiz hər işdə uğur qazanmaq istəyimizin vahid kompozisiyasıdır.

"ABSHERON" Hotel Group hal-hazırda Azərbaycanın şimalında, Şahdağ Dağlıq Kurortunun mərkəzində yerləşən Pik Palace Şahdağ Otelinin həmçinin tezliklə açılışı nəzərdə tutulan Park Chalet Şahdağ, 818 otaqlı Boulevard Otelinin, Bakının mərkəzində, dəniz sahilinə yaxın yerləşən miras otel kimi tanınan İnturist Otelinin və şəhərin mərkəzində yerləşən 29 otaqlı butik otelin idarəçilik hüququna sahibdir.

Bizim otel portfelimizə aid olan hər bir otel ilə öz fərdiliyimizi fərqli konseptimizi, məzmun və hər bir detala verdiyimiz dəyəri önə çəkirik.

İşəgötürənin reytinqi

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?