AAC MMC


“AAC” şirkəti Almaniyanın “Wehrhahn“ firmasının orijinal avadanlıqları və yüksək texnologiyaları əsasında hazırlanan dəlikli qazobeton bloklarını istehsal edir. Qazobeton məmulatları dünyanın 50-dən çox ölkəsində yerləşən və sayı 200-dən artıq olan zavodlarda istehsal olunur. Biz, belə bir zavodun Azərbaycanda yaradılması ilə fəxr edirik!

Zavodunun günlük istehsal gücü 600 m3 qazobeton və 100 ton həcmində yüksək keyfiyyətli əhəng istehsal etməyə imkan verir. Qazobeton digər tikinti materiallarından möhkəmliyi, yüngüllüyü, uzunömürlülüyü, istiliyə və şaxtaya davamlılığı, ekoloji cəhətdən təmizliyi, həmçinin adi əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənir. Hazırda qazobetondan hündür və aşağı mərtəbəli binaların inşa olunmasında, xarici və daxili divarların hörülməsində, arakəsmələrin, örtüklərin və pilləkanların tikilməsində istifadə olunur. Qazobetonun Azərbaycan bazarına çıxması tikinti işlərinin texnologiyasını və müddətini əsaslı dəyişəcək.

Qafqaz regionunda qazobeton bloklarını istehsal edən ilk zavod kimi, biz daim yeni metod və texnologiyaları inkişaf etdirir və fəaliyyət dairəmizi genişləndirməyə çalışırıq.