166 Yükdaşıma və Logistika


2012-ci ildə fəaliyyətinə cəmi bir neçə yük maşını ilə başlayan 166 brendi hazırda Yükdaşıma və Logistika sahəsində ölkənin öndə gedən şirkətlərindən biridir.

Yaşının az olmasına baxmayaraq uğurlara imza atan 166 Yükdaşıma və Logistika şirkəti bu gün sadəcə ölkdədaxili deyil, beynəlxalq arenada da yüklərin daşınmasını həyata keçirir.

Hər zaman yeniliklər edən 166 brendi ilk dəfə olaraq 24/7 fəaliyyət göstərən 166 “Qaynar Xətt”-ini müştərilərin istifadəsinə verib.

Bununla yanaşı, xidmət sahələrini də genişləndirməyə davam edir.

Bunun bariz göstəricisidir ki, yük daşıma ilə fəaliyyətə başlasa da hazırda bir çox kompleks xidmətləri - Yük daşıma, Logistika, Evakuasiya, Fəhlə, Usta, Anbar və Təmizlik işlərini həyata keçirir.

Biz, 166 brendi olaraq xidmətlərimizə “operativlik”, “uyğun qiymət” və “bütün bölgələrə” anlayışlarını daxil etdik.

Təbii ki, xidmətlərimizdən istifadə edən müştərilərimizin məmnuniyyəti də həssas yanaşdığımız məsələlərdəndir.

Elə bu səbəbdən, xidmət sonrası keçirdiyimiz sorğularla müştərilərimizin fikirlərini öyrənir, onların təklif və iradlarını nəzərə alaraq xidmət səviyyəmizi daim təkmilləşdiririk.

Daim xidmət keyfiyyətinə diqqət yetirən şirkət "Beynəlxalq keyfiyyət standartı sertifikatı"na sahibdir.

(ISO9001:2008 Beynəlxalq keyfiyyətli idarəetmə standartı)

Peşəkar heyətimiz bizə olan etimadınızı doğrultmaq üçün gecə-gündüz operativ xidmət göstərir.

166 qaynar xətti 24/7 ölkəmizin istənilən nöqtəsindən zəngləri qəbul edir.

Gecə-gündüz yorulmadan yükünüzü daşıyırıq!

 

Xidmət siyasətimiz: 

Yüklərlə bağlı bütün əməliyyatların təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsinə zəmanətin təminatı, rəqabətədavamlı qiymətlər müqabilində yüksək keyfiyyətli xidmətlərin təqdim edilməsi və istehlakçılarımızın və digər maraqlı tərəflərin ehtiyac, tələb və gözləntilərinin qarşılanması.

 

Missiyamız:

Missiyamız, müştərilərimizi və partnyorlarımızı dərindən anlamaq, onlara effektiv logistic həlləri yüksək keyfiyyətdə təqdim etmək və eyni zamanda şirkət olaraq daimi gəlirliliyi təmin etməklə əməkdaşlarımızının şəxsi inkişafı və motivasiyasını da üst səviyyədə tutmaqdır. 

İşəgötürənin reytinqi

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?