Əvvəla ondan başlayaq ki, dünyada ən böyük həzzlərin siyahısını hazırlasaq, əksər insanların siyahısında bunlar olacaq: sevdiyin insanlar seks, sənə ətrafdakıların yığışıb alqışlaması, böyük bir missiya üçün rəhbər təyin edilmək, kazino masası arxasında gərgin oyundan sonra böyük məbləğdə pul udmaq. Bəli, poker, ruletka, bakkara, 21 və s. oyunlarda bəxtini sınamışlar bilir ki, həyəcan okeanında üzürsən, emosiyalar bir-birini kəskin əvəz edir.

Əvvəllər fiziki olaraq otellərdə yaxud kazinolarda oynayırdılar. Las-Veqas, Monte-Karlo, Soçi, Batumi və s. qumar oynayan azərbaycanlılar çoxdur. Ölkəmizdə qadağan olunduğuna görə çoxları xaricə üz tuturdu.

2010-cu illərdən başlayaraq onlayn kazinolar getdikcə populyarlaşmağa, fiziki kazinoları sıxışdırmağa başladı. Rahatlıq, təhlükəsizlik, anonimlik və s. çoxlarınıcəlb edirdi.

Amma bir məsələ də var ki, çoxları onlayn kazinolara inanmır. Qarşındakı kompüter alqoritminin səni aldatmadığını hardan biləsən? Nə biləsən ki, oynadığın saytda sənin udmaq ehtimalını proqram təminatı bilərəkdən çox aşağı qoymayıb? Ona görə də skeptik yanaşan bəzi oldschool qumarbazlar onlayn kazinolara çox maraq göstərmirdi.

Və ən nəhayət, indi yeni bir trend var ki, əvvəli 2 metodun ən yaxşı vəhətlərini özündə birləşdirir. Live casino ilə siz bir tərəfdən internetlə qoşularaq onlayn oynayırsınız, digər tərəfdən isə qarşınızda real insanı görürsünüz, ruhsuz maşını yox.

layv diler

Live dealer (yaxud layv diler) deyilən şəxsi real olaraq kompüter ekranınızda görürsünüz. O hamıya kartları paylayır, yeri gələndə söhbət edib zarafatlaşır. Siz oyunun qaydaları haqda sual verə, çatlaşa, fikirlərinizi bölüşə bilərsiniz. Kazinodakı real krupyedən heç bir fərqi yoxdur. Atmosferi sanki yaşayırsınız kimi hissiyat yaranır. Yəni qısası desək

Online kazino + canlı insan = Layv kazino

Əksər hallarda layv diler cazibədar görünüşlü xanım olur. Oyunun növünü (poker, blekcek, bakkara, rulet və s.) özünüz seçirsiniz. Əvvəllər canlı kazino yalnız VIP müştərilər üçün əlçatan idi, sonralar gemblerlər arasında populyar olmağa başladıqdan sonra daha aşağı gəliri olan insanlar da bu imkandan yararlanmağa başladı. Cansız, bir və sıfırlardan ibarət baytlarla, çətin kompüter alqoritmi ilə oynayanda qumarın ləzzətini çıxartmaq, real kazino ab-havasını yaşamaq mümkün olmur. Amma layv kazino ilə siz sanki teleportasiya olunursunuz. Bakıda otura-otura elə bilirsiniz ki, Riqada poker masası arxasında Texas Holdem  oynayırsınız. Layv diler də sizin yanınızdadır.

Canlı kazinoda oynamaq üçün əslində çox şey lazım deyil. Ən vacib olan yüksəksürətli internetdir. Çünki translyasiya canlı olduğu üçün videonun keyfiyyəti gərək HD olsun, ping normal həddə olsun, hər hansı gecikmə olmasın. Əgər yaxşı internet sürətiniz varsa, nəinki desktop kompüterdən, hətta mobil telefondan belə layv kazinoda oynayıb qumarın ləzzətini çıxartmaq mümkündür.

Mənbə: Maraq dünyası 

25.02.2023