“Uşaqlıqda hansı oyunları oynayırdınız?” sualına hərə bir cür cavab verir.

  • Sovet dövründə doğulmuşlar yəqin ki, klass-klass, gizlənpaç, казаки, kukla, voleybol, futbol və s. deyəcək.
  • Amma 90-larda doğulmuşlar yəqin ki, Dendy, Playstation, Sega və s. oyun pristavkalarını xatırlayacaq.
  • Hələ Generation Z barədə demirik: onlar Minecraft, Counter-Strike, FİFA PlayStation, Grand Theft Auto kimi oyunlarla böyüyüb.

Zaman keçdikcə insanlar daha texnoloji, internetlə əlaqəli, video-qrafika əsaslı oyunlara keçid edirlər. Offlayn oyunlar arxaya keçir, fiziki təmas olmayan məşöuliyyətlər daha yayğın olmağa başlayır. Hər bir sovet məktəblisinin, pionerin oynamas belə evində şahmat qutusu olardı. Amma müasir uşaqlar chess.com yaxud lichess kimi platformalarda oynamağa o qədər öyrəşib ki, çoxunun fiziki şahmata ehtiyacı yoxdur.

E-sport sözündə “elektron” hissəciyi olsa da,  o yenə də idman və oyun drayvını saxlayır. Rəqabət, həyəcan hiss etmək, adrenalin yaşamaq arzusu indi də yaşayır. 70-ci illərdə düşərgədə oynamış atalar da, onların PubG oynayan balaları da maraqlı anlar yaşamaq üçün bunu edib.

Sadəcə olaraq E-sport üçün sürətli internet, yaxşı cihaz (PC və smartfon, oyun pristavkası) və bol zaman tələb olunur.

o vaxt və indi

E-Sportun müasir istiqamətləri

Hər kəsin öz zövqünə, xarakterinə uyğun oyun janrları var:

  • Son illərdə VR (Virtual Reality) oyunları bir çox e-sport turnirlərində əhəmiyyətli bir yer tutur. Bu, izləyicilərə, oyunçuların perspektivindən oyunları təcrübə etmək üçün yeni bir imkan yaradır.
  • Artıq "Battle Royale" formatında oyunlar, MOBA (Multiplayer Online Battle Arena) və FPS (First-Person Shooter) oyunların xeyli izləyici kütləsi var. .
  • Kiber-idmanlar: kiberfutbol, kiberbasketbol, stritbol və s.
  • Döyüşlər: Dota2,  Counter Strike, League of Legends, Starcraft, Call of Duty – təbii ki, ən çox kütlə yığan, insanların ən çox maraq göstərdiyi kateqoriya budur.
  • Strategiya və intellektual oyunların dar, amma loyal kütləsi var.

лшиук-щнгтдфк

Azart

Bir var oynamaq, bir də var ki, həm oynamaq, həm də üstəlik qazanc əldə etmək. İkincini seçən insanların sayı günü-gündən artır. Qumar oyunlarına maraq getdikcə çoxalır. Hazırda ən populyar idman bukmeker kontorlarından biri olan GGBet Казино evinə xeyli azərbaycanlı maraq göstərir. Onlar əsasən futbol mərclərinə maraq göstərirlər. Amma pandemiyadan sonrakı dövrün trendi budur ki, gənclər adətən futbol oyunlarına bəhs qoymaqdan beziblər. Real Madrid, Manchester City, Galatasaray, Juventus klublarının qələbə və məğlubiyyətinə stavka qoymaq artıq gənclərə o qədər də cazibəli gəlmir. İndi Dota2 yaxud Counter-Strike kimi oyunlarda komandalara azarkeşlik etmək daha cool, daha səmimi gəlir.

Məsləhətlər

Yəqin siz də eşitmisiniz ki, artıq Çində uşaqların onlayn oynamaası üçün maksimal müddət limiti təyin edilib. Yaponiyada, Koreyada hətta çarpayısından durmadan belə oyun oynayan yeniyetmələr əmələ gəlib. Məktəblilərin, tələbələrin, xüsusilə də yaşı 10-dan az olanların e-oyunlara aludə olmasına diqqət etmək lazımdır.

Burada qızıl ortanı qorumaq lazımdır:

  1. Bir tərəfdən insanların həzz alması, yarışması, sosiallaşması üçün dəstək olmaq lazımdır.
  2. Digər tərəfdən də, maniakal şəkildə ”oyun xəstəsi” olmaq, gecəni-gündüzə qataraq kompüter arxasında Call of Duty oynamaq da düzgün deyil.

Azərbaycanda isə esports hələ indi-indi inkişaf edir. Çempionatlar keçirilir, geymerlərin Facebook və Telegramda qrupları yaranır. Amma yaxşı olardı ki, Gənclər və İdman Nazirliyi də bu sahəyə xüsusi diqqət ayırardı. Gamefest-lər keçirmək, ölkəmizdə e-gaming mədəniyyətinin yaradılması üçün dövlətin dəstəyi də önəmlidir.

Mənbə: Maraq dünyası 

15.06.2023