Ceff Bezos 30 yaşında 90-cı illərin əvvəlində uğurlu bir adam sayıla bilərdi. Məktəbdə əlaçı olmuş, Prinston universitetini fərqlənməylə bitirmiş, Uoll-Stritdə DE Shaw & Co. Adlı investisiya şirkətində vitse-prezident işləyirdi, 6 rəqəmli maaş alırdı.

Bezos bir gün hesabatlara baxanda görür ki, onlayn ticarət ildə 2300% templə böyüyür. Manhettendə yaxşı maliyyəçi karyerasındansa Ceff öz elektron-kommersiya startapını qurmaq qərarına gəlir.

O, internetdə ən çox satıla biləcək 20 məhsulun siyahısını tərtib edir. İlk yerləri proqram təminatı, CD və kitablar tuturdu. Ceff kitabları seçdi. Çünki, hətta ən böyük nəşriyyatlar və kitab mağazaları belə anbarda yüzminlərlə fərqli kitab saxlaya bilməzdi. Onların o qədər böyük enbarı yox idi. Amma virtual mağaza üçün isə heç bir fərqi yox idi, lap milyonlarla kitabı belə satışa çıxartmaq mümkün idi.

Startapını seçir, arvadı Makkenzi və iti Kamala ilə birilkdə Sietl şəhərinə köçür. Çünki burada əvvəla çoxlu proqramçı vardı, həm də Amerikanın ən böyük naşirlərindən biri olan İngram Book Group-un anbarının yaxınlığında idi. Düz 5 gün maşında yol gedirlər. Arvadı Makkenzi maşını sürür, Ceff isə noutbukda biznes-planı yazırdı, potensial investorlara zəng edirdi, axşamlar da motellərdə və yolqırağı kemöpinqlərdə qalırdılar. Səfərin sonuna Ceff $1 milyon pul yığa bilir (atası özünün pensiya fondu üçün yığdığı $300 min pulu da oğluna vermişdi).

5 iyulda 1994 tarixində Bezos şirkəti Cadabra, Inc. adı iləq eydiyyatdan keçirir, amma 2 aydan sonra adını Amazona dəyişir. Həm dünyanın ən bolsulu bə böyük çayıdır, həm də A hərfiylə başladığına gprə əlifba sıralamasında Amazon daha birinci sıralarda görünəcəkdi (Yahoo-nun kataloqunda saytlar o vaxt əlifba sırası ilə cərgələnirdi)

Amazon 1997-ci ildə

5 nəfərlik komanda ilə işə başlayırlar, nəşriyyatlarla danışıqlar aparırlar, yaxşı sayt düzəldirlər və 1995 iyulda saytı buraxırlar. Ceff günorta sifarişləri qəbul edir, axşamlar isə kitabları alır, paketləyir və çatdırma ilə məşğul olurdu.

Elə start zamanı Amazon.com özünü “dünyanın ən böyük kitab maqazini” kimi mövqeləndirir. Sadə səslənsə də, o vaxta qədər heç kim belə şeyi düşünməmişdi. Üstəlik qiymətləri, rahatlığı, istifadəçilərin kitab haqda resenziya yazmaq imkanı çoxlarının xoşuna əlgirdi, ona görə də sayt çox sürətlə populyarlaşmağa başladı.

2 aydan sonra Amerikanın bütün 50 ştatında və üstəlik dünyanın 45 ölkədində müştəriləri yaranır, hər həftə $20 satış əldə edir. Birinci ildə $15,7 satış olur, 1996 payızına isə işçi heyəti 100 nəfərə qədər qalxır.

1997 mayda Amazon İPO  edir, NASDAQ burjasında 18$ ilə bir aksiya satılır. Bu o dmeək idi ki, şirkətin kapitalizasiyası 438$ milyondur, cəlb etdiyi vəsait isə 54$ milyon.

Təbii ki, rəqiblər də boş durmur. Barnes & Noble da öz ticarət platformasını qurur, böyük reklam kampaniyası keçirir. Üstəlik, Amazon-u məhkəməyə də verir ki, əslində Amazonun istifadə etdiyi “dünyanın ən böyük kitab mağazası sloqanı” insanları aldadır, o kitab satan brokerdir, mağaza yox. Amma xeyir olmur.

Ceff Bezos, 1997 il. Foto: Paul Souders/Getty Images

Çünki 1998-də artıq Amazonda yalnız kitab deyil, həm də kompakt disklər satılmağa başlayır. Milad bayramından öncə oyuncaqlar, stolüstü və kompüter oyunları satılmağa başlayır. Növbəti il isə məişət texnikası və ev üçün başqa şeylər də satılmağa başlayır. İndi isə şirkət 30-dan artıq kateqoriyada müxtəlif növ şeylər satır.

1999-cu ilin fevralında Amazon yenicə açılmış Drugstore.com saytının 46% almaqla onlayn dərman satışına girişir. Sonra isə Sotheby’s auksion evi ilə əməkdaşlığa başlayaraq sothebys.amazon.com açır. Bir kliklə almaq imkanı (Buy-one-click) aktivləşir, dəyəri 99 dollardan yuxarı olan məhsulları pulsuz çatdırmaq funksiyası və s. şirkəti dillərdə məşhur edir.

Bəli, 1999 il üçün  Amazon $610 milyonluq satış edir, işçisayı 3000 nəfərə çatır, onlayn kitab satışının 85%-ini ələ keçiri (ən yaxın rəqibi olan Barnes & Noble — isə yalnız  11%-lə kifayətlənir)

2005-ci ildə isə çox məşhur olan Amazon Prime istifadəyə verilir: illik $79 müqabilində istənilən əşyanı 2 gün içində çatdırma imkanı. Nəticə isə budur ki, 2016-cı ildə Amerikadakı ev təsərrüfatlarının 46% Amazon Prime-a abunədir.

Dünyanın ən varlı adamı isə 2018-ci ildə ilk dəfə $100 milyard sərvəti əldə etmiş Ceff Bezosdur.

Gördüyümüz kimi, dünyada elektron ticarət çox perspektivli sahədir. Belə maraqlı layihələr yalnız Amerikada Silikon Vadisində yaranmır. Heç Avropada yaxud Yaponiyada olmaq da vacib deyil. Bəzən yaxın ölkələrimizdə də geniş funksionalı olan, perspektivli layihələr işıq üzü görməyə başlayır. Məsələn, Özbəkistanda fəaliyyətə başlamış Sello.uz internet-mağazası da bir makretpleys kimi gələcəyə ümidlər verir. Özünün şəxsi logistika sistemi olan, satıcıların özünün qiyməti tənzimlədiyi, rahat mobil tətbiqləri də olan Sello.uz Orta Asiyada alış-veriş vərdişlərini dəyişmək, kiçik Amazon olmağı hədəfləyir. 24/7 xidmət, aşağı qiymət,geniş assortiment, rahat funksional ilə kim bilir, bəlkə də Sello gələcəyin mini-Amazonuna çevriləcək?

sello.uz

22.02.2023